Mirzoyan: Azərbaycanla keçirilən görüşlər ehtiyatlı nikbinliyə əsas verir
https://azeri.sahartv.ir/news/qafqaz-i400197-mirzoyan_azərbaycanla_keçirilən_görüşlər_ehtiyatlı_nikbinliyə_əsas_verir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlər ehtiyatlı nikbinliyə əsas verir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
May 25, 2023 11:45 Asia/Baku
  • Mirzoyan: Azərbaycanla keçirilən görüşlər ehtiyatlı nikbinliyə əsas verir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlər ehtiyatlı nikbinliyə əsas verir.

SəhərAzəri-nin məlumatına əsasən, Onun sözlərin görə, Vaşinqton danışıqlarında razılaşdırılmış maddələrə daha iki maddə əlavə edildi. Lakin hər şey razılaşdırılmayana qədər sanki heç nə razılaşdırılmayıb. Və bu günə qədər danışıqların son üç raundu ən azı ehtiyatlı nikbinlik üçün əsas verir.

Mirzoyan həmçinin qeyd edib ki, erməni tərəfinin qırmızı xətti Ermənistanın ərazi bütövlüyünün tanınmasıdır və həmçinin Dağlıq Qarabağ ermənilərinin üzərində etnik təmizləmə təhlükəsi davam edərsə, Azərbaycanla münasibətlərin normallaşacağını təsəvvür etmir.