May 25, 2023 15:29 Asia/Baku
  • Bakı ilə dialoq qurun!

Ermənistanın baş naziri Qarabağ ermənilərini Bakı-Xankəndi dialoqunun qurulmasına çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bildirib ki, Xankəndi və Bakı arasında beynəlxalq formatda dialoqun qurulmsını Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinin həlli üçün düzgün formul hesab edir.

O hökumətin sual-cavab iclasında “Mülki müqavilə” fraksiyasından olan deputat Vaaqn Aleksanyanın Qarabağ parlamentinin mayın 22-də verdiyi bəyanatla bağlı sualını cavablandırarkən bunu söyləyib.

Onun sözlərinə görə, bu, düzgün yoldur və düzgün istiqamətdir.

Ermənistanın dövlət başçısı sonra anklavlar məsələsinə toxunaraq bildirib ki, anklavlar məsələsi hələ razılaşdırılmayıb və bütün variantlar müzakirə olunur.

Xatırladaq ki, Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm "Dağlıq Qarabağ", həm də Sovet Azərbaycanının anklavları daxildir.

Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Münhen və Brüsseldə keçirilən görüşlərdə "anklavların mövcudluğu siyasi səviyyədə təsdiqlənib".

"Ermənistana məxsus olan və Azərbaycan ərazisində yerləşən Artsvaşen var, Ermənistan ərazisində Azərbaycana məxsus olan anklavlar var. Bəli, biz bunu siyasi səviyyədə tanıyırıq", - deyə Paşinyan vurğulayıb.

 

Teqlər