Moskvada Əliyev ilə Paşinyan arasında görüş keçirilir
İki sənədin imzalanması gözlənilir
Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilir.
SəhərAzəri-nin məlumatına əsasən, Moskvanın "Kommersant" nəşrinin məlumatına görə, görüşün yekunlarına əsasən ən azı iki sənəd qəbul edilməlidir. Onların razılaşdırlması mayın 24-də bütün gün davam edib.
Nəqliyyat kommunikasiyalarının açılması haqqında birinci sənədi baş nazirlərin müavinləri hazırlayıblar.
Turan Xəbər Agentliyi təxmin edir ki, birinci sənəddə bir tərəfdən Ermənistanla Qarabağ arasında, digər tərəfdən isə Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında kommunikasiyaların bərabər statusu təsdiqlənməlidir.
İkinci sənəd isə Əliyev, Paşinyan və Putinin sayca beşinci birgə bəyanatıdır. Onun üzərində üç ölkənin Xarici İşlər nazirlikləri iş aparıblar.
Ekspertlərin fikrincə, ikinci sənəddə əsas məqam Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması olmalıdır.