May 28, 2023 12:44 Asia/Baku

Rusiya rəsmisi xəbərdarlıq edib ki, bu ölkə ilə NATO arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək.

SəhərAzəri-nin məlumatına görə, Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev bu haqda deyib: “Qərb ehtimal olunan təhlükəni dərk etmir. ABŞ və Avropa İttifaqı Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin etmək niyyətindədirlər.

Xatırladaq ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.

Dmitri Medvedev həmçinin qeyd edib ki, Zelenski rejimi hakimiyyətdə olduğu müddətdə Ukrayna ilə danışıqlar mümkün deyil.

Teqlər