"Qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək"
https://azeri.sahartv.ir/news/qafqaz-i400284-qarşıdurma_nüvə_silahının_tətbiqi_ilə_nəticələnəcək
Rusiya rəsmisi xəbərdarlıq edib ki, bu ölkə ilə NATO arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2023 09:14 Asia/Baku

Rusiya rəsmisi xəbərdarlıq edib ki, bu ölkə ilə NATO arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək.

SəhərAzəri-nin məlumatına görə, Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev bu haqda deyib: “Qərb ehtimal olunan təhlükəni dərk etmir. ABŞ və Avropa İttifaqı Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin etmək niyyətindədirlər.

Xatırladaq ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.

Dmitri Medvedev həmçinin qeyd edib ki, Zelenski rejimi hakimiyyətdə olduğu müddətdə Ukrayna ilə danışıqlar mümkün deyil.