May 28, 2023 13:03 Asia/Baku
  • Arizona Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir

ABŞ-ın Arizona ştatının qanunverici orqanı qondarma Dağlıq Qarabağ Respublikasının öz müqəddəratını təyinetmə hüququnu təsdiq edib.

SəhərAzəri-nin məlumatına görə, Arizona ştatının erməni icmasının liderləri Artur Artenyan və Vartan Arabyan tərəfindən hazırlanan bəyanatda bildirilir ki, “Dağlıq Qarabağ erməni xalqının yerli vətəni və bir neçə minilliklər ərzində erməni mədəni, siyasi və dini həyatının mərkəzi olmuşdur”.

Arizona Nümayəndələr Palatasının spikeri öz çıxışında iddia edib ki, “Dağlıq Qarabağ Respublikasının öz müqəddəratını təyinetmə hüququnu və onun vətəndaşlarına azad və müstəqil cəmiyyətə xas olan hüquqları təmin etmək üçün azad və müstəqil millət kimi inkişaf etməsini dəstəkləyir”.

O, həmçinin Birləşmiş Ştatlar hökumətini separatçılarla iqtisadi və mədəni əlaqələrini möhkəmləndirməyə çağırıb.

Teqlər