May 29, 2023 14:17 Asia/Baku
  • Paşinyan Əliyevi Brüssel razılığından imtina etməkdə ittihamlandırıb

Ermənistanın baş naziri Kşinyovda gözlənilən görüşdə sülh müqaviləsinin imzalanmayacağını bildirib və Azərbaycan prezidentini Brüssel razılığından imtina etməkdə ittihamlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Kişinyovda Avropa İttifaqı, Fransa, Almaniya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək görüşdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab etmir. Paşinyan bu barədə bazar ertəsi ölkə parlamentində çıxış edərkən bildirib.

"Biz Vaşinqtonda onlara təqdim etdiyimiz təkliflərlə bağlı Azərbaycanın şərhlərini hələ almamışıq. Ona görə də hazırda deyə bilərəm ki, imzalanması mümkün olan razılaşdırılmış layihə yoxdur", - o deyib.

Dünən İlham Əliyevin Laçında verdiyi bəyanatlara toxunan Paşinyan onları mayın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə əldə edilmiş razılaşmalardan imtina kimi dəyərləndirib.

Onun sözlərinə görə, Brüsseldə tərəflər bir-birinin 29 800 kvadrat kilometr və 86 600 kvadrat kilometrdə ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər.

"Dünən səslənən mətn bu razılaşmalardan imtina edilməsinə çox bənzəyir", - Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması və separatçıların liderlərinin istefaya getməsilə bağlı Əliyevin tələbini nəzərdə tutaraq deyib.

Mayın 25-də Moskvada Putinin iştirakı ilə üçtərəfli görüşə gəlincə, Paşinyan deyib ki, danışıqların nəticələrini "qənaətbəxş" hesab etmir. Eyni zamanda, o qeyd edib ki, "Laçın dəhlizinin bağlanması rusiyalı sülhməramlıların iştirakı ilə baş verib"

 

Teqlər