May 30, 2023 13:58 Asia/Baku
  • Lusine Avanesyan
    Lusine Avanesyan

Qarabağ separatçılarının liderinin sözçüsü Lusine Avanesyan Azərbaycana hakim kəsilmiş rejimin başçısı İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.

Novosti-Armeniya xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.

O deyib ki, Arutyunyan yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazırdır.

Separatçı nümayəndənin sözlərinə görə, üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ xalqı" ilə güc dili ilə danışıb, düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanı davam etdirib. Bu səbəbdən irəli sürülən tələblər qeyri-qanunidir.

 

Teqlər