İyun 01, 2023 15:42 Asia/Baku
  • Armen Qriqoryan: Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq

Ermənistan Təhlükəsizlik Şurasının katibi bir daha bəyan edib ki, onun ölkəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

SəhərAzəri-nin məlumatına əsasən,  Armen Qriqoryan Bratislava şəhərində keçirilən forum çərçivəsində təşkil olunan müzakirələr zamanı bildirib: “Aydındır ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Məsələn Avropa İttifaqı Şurasının sədri Şarl Mişel mayın 14-də verdiyi bəyanatda Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 800 kvadrat kilometr ərazisini qeyd edib. Lakin Əliyev özü heç vaxt demir ki, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanıyır”.Onun sözlərinə görə, Əliyevin “sərhədi özümüz çəkə bilərik” deməsi müəyyən mənada Ermənistana bir təhdiddir ki, Azərbaycanın təqdim etdiyi bütün tələbləri qəbul edin, yoxsa sərhədi istədikləri kimi çəkəcəklər.Qriqoryan müzakirə iştirakçılarına müraciət edərək bildirib ki, Bakıdan gələn bu cür bəyanatlar erməni tərəfini narahat edir.

Formuda çıxış edən Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev isə qeyd edib ki, İlham Əliyevin bəyanatları İrəvanda təhrif olunur.Hikmət Hacıyev həmçinin bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Qarabağa silah göndərir. Lakin onun bu fikirləri Qriqoryan tərəfindən rədd edilib.Ermənistan Təhlükəsizlik Şurasının katibi bir daha təkrar edib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağda olması ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Dağlıq Qarabağda erməni qoşunları yoxdur. Yalnız Dağlıq Qarabağın Müdafiə Ordusu var, ona görə lazımdır ki, orada yaşayan insanların təhlükəsizlik problemləri həll olunsun. Azərbaycan bu vəziyyətin dəyişməsini istəyirsə, elə şərait yaratmalıdır ki, insanlar o Müdafiə Ordusuna ehtiyac duymasınlar”, – deyə Armen Qriqoryan bəyan edib.

 

Teqlər