İrəvan rus NATO-sundan narazıdır
Qriqoryan: KTMT üzvlüyü Ermənistan üçün problemlər yaradır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin KTMT-yə üzvlüyü ilə bağlı problemlərdən danışıb.
SəhərAzəri-nin məlumatına əsasən, Erməni səlahiyyətli bu barədə Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində deyib: “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması təbii ki, müəyyən problemlər yaradır, lakin bizim digər ölkələrlə əməkdaşlığımızı məhdudlaşdırmır. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmək üçün Qərb tərəfdaşlarımızla intensiv işləyirik və bu işi davam etdirəcəyik.”
Ermənistan Təhlükəsizlik Şurasının katibi sözlərinə görə, 2020-ci ildən başlayaraq KTMT-nin Ermənistana qarşı heç bir yardım nümunəsi göstərməyib.
O qeyd edib ki, 2020-ci ildən indiyədək Azərbaycanın Ermənistana qarşı üç irimiqyaslı hücumu olub və bu hücumlarda KTMT Ermənistana heç bir yardım göstərməyib. Buna görə də Ermənistan alternativ axtarır və onlardan biri də Avropa İttifaqının monitorinq missiyasıdır.
“Yalnız Avropa İttifaqının monitorinq missiyasının gəlişindən sonra KTMT Ermənistana yardım təklif etdi. Üç hücumdan sonra bu hərbi blok Ermənistana faktaraşdırıcı missiya təklif edib. Bu, ən azı, ciddi deyil”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi fikrini yekunlaşdırıb.