Alen Simonyan: Bakı-Xankəndi dialoqu baş tutmasa, problem həll olunmayacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i400535-alen_simonyan_bakı_xankəndi_dialoqu_baş_tutmasa_problem_həll_olunmayacaq
Ermənistan parlamentinin sədri bəyan edib ki, Xankəndi ilə Bakı arasında beynəlxalq mexanizmlər çərçivəsində dialoq Azərbaycan üçün də çox vacibdir, çünki bu dialoq baş tutmasa, problem həll olunmayacaq.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 05, 2023 10:47 Asia/Baku
  • Alen Simonyan: Bakı-Xankəndi dialoqu baş tutmasa, problem həll olunmayacaq

Ermənistan parlamentinin sədri bəyan edib ki, Xankəndi ilə Bakı arasında beynəlxalq mexanizmlər çərçivəsində dialoq Azərbaycan üçün də çox vacibdir, çünki bu dialoq baş tutmasa, problem həll olunmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Alen Simonyan deyib: “Biz elə vəziyyətə gəlməliyik ki, Azərbaycan otursun və bu barədə danışsın. Çünki əks halda Azərbaycan üçün əlverişli situasiya yaranmayacaq, illərlə, onilliklərlə bağlana bilməyəcək böyük boşluq yaranacaq. Azərbaycan Artsaxda yaşayan erməni əhali ilə oturub danışmasa, o yara bir gün daha da ağırlaşacaq”.

Simonyan qeyd edib ki, əgər Bakı-Stepanakert dialoqu baş tutmasa, problem həll olunmayacaq.

O sonra vurğulayıb: “Digər variant soyqırımdır, biz buna icazə verməyəcəyik”.