Mirzoyan Azərbaycan hakimiyyətini şəffaf olmağa çağırıb
“Ermənistanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə təsdiq etməlidir”
İyun 06, 2023 15:43 Asia/Baku
Ermənistan Azərbaycanın hakimiyyətindən qonşu ölkənin 29 800 kvadrat kilometr ərazisi ilə onun ərazi bütövlüyünü tanıdığını açıq şəkildə təsdiqləməsini gözləyir, əks halda Ermənistan Azərbaycanın ona qarşı ərazi iddialarının olmasından narahat olmağa davam edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə etdiyi çıxışında bunu deyib.
O bildirib ki, Azərbaycan lideri bu barədə ictimaiyyətə açıqlama verməsə də, onun iştirakı ilə keçirilən sammitdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanınmasını rəqəmlərlə təkid edib. Azərbaycan da bunu inkar etməyib və Ermənistanın ərazi bütövlüyünü tanıdığını iddia edir.