İyun 08, 2023 14:42 Asia/Baku
  • Paşinyan: Kommunikasiyaların açılması ilə bağlı irəliləyiş var

Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş olub.

SəhərAzəri-nin məlumatına əsasən,  Bu barədə Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib.

O deyib ki, nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və İrəvan Bakıya konkret təkliflərini verib:

“Ümid edirəm ki, təkliflərimiz qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib-hazırladığımız kompromis həllərdir. Mən bir daha Ermənistanın suverenlik prinsipi, bu kommunikasiyaların keçdiyi tərəflərin yurisdiksiyası çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, iki ölkə arasındakı dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır. Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.

 

Teqlər