Fransa Ermənistana silah tədarükündə yaxından iştirak edir
https://azeri.sahartv.ir/news/qafqaz-i400660-fransa_ermənistana_silah_tədarükündə_yaxından_iştirak_edir
Ermənistan Makronun dəstəyi ilə ağır artilleriya alır
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 09, 2023 15:49 Asia/Baku
  • Fransa Ermənistana silah tədarükündə yaxından iştirak edir

Ermənistan Makronun dəstəyi ilə ağır artilleriya alır

Parisin köməyi və rəsmi icazəsi ilə yaxın vaxtlarda Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacaq.

Bu barədə Fransadakı erməni diasporu məlumat yayıb.

Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin birgə istehsal etdiyi “Caesar” özüyeriyən artilleriyasından gedir.

Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb.