Fransa Ermənistana silah tədarükündə yaxından iştirak edir
İyun 09, 2023 19:19 Asia/Baku
Ermənistan Makronun dəstəyi ilə ağır artilleriya alır
Parisin köməyi və rəsmi icazəsi ilə yaxın vaxtlarda Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacaq.
Bu barədə Fransadakı erməni diasporu məlumat yayıb.
Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin birgə istehsal etdiyi “Caesar” özüyeriyən artilleriyasından gedir.
Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb.