Moskva danışıqlarının nəticəsi bilindi
Rusiya Bakı ilə İrəvanın razılaşdırdığı məsələləri açıqlayıb
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakı ilə İrəvanın dəmir yolunun haradan keçəcəyi, gömrük, sərhəd və digər məsələlərdə razılığa gəldiyini bildirib.
Overçuk Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqların 9 saat davam etdiyini söyləyib.
O deyib: “Prinsipcə, mətn yüksək səviyyədə hazırdır, iki-üç uyğunsuzluq var ki, onları hələ də müzakirə etmək lazımdır. Amma əlavə olaraq dəmir yolunun keçəcəyi məqamlar, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılığa gəldik. Bu, adi dəmir yolu, pasport, sərhəd və gömrük nəzarəti olan sərhəd olacaq”.
Nəzarət və təhlükəsizlik baxımından Rusiya FTX-in mümkün iştirakı məsələsinin işlənib hazırlanmaması ilə bağlı suala gəlincə, Overçuk: “Bu, Ermənistandan asılıdır”, – deyə reaksiya verib.