Borrell rəsmi Bakının iddialarına inanmır
Dağlıq Qarabağda sosial-iqtisadi vəziyyət ağırdır
Avropa İttifaqının xarico siyasət üzrə koordinatoru bəyan edib ki, Dağlıq Qarabağda sosial-iqtisadi vəziyyət kifayət qədər ağırdır və buna görə də Aİ son iki ildə yerli sakinlərə humanitar yardım göstərmək üçün müxtəlif təşəbbüslər həyata keçirib.
Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında münasibətlər, Dağlıq Qarabağ və Laçın dəhlizindəki vəziyyət” mövzusunda keçirilən müzakirələr zamanı Cozep Borrel qeyd edib ki, bu məqsədlə artıq 70 milyon avro ayrılıb.
Onun sözlərinə görə, humanitar yardım səhiyyə problemlərinin həllinə, o cümlədən tibbi avadanlıqların verilməsinə və münaqişədən zərər çəkmiş insanlara sosial dəstəyin göstərilməsinə yönəlib.
Borrell bu sahədə hələ görüləsi çox iş olduğunu vurğulayıb.
Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə heç bir məhdudiyyət yaratmadığını və humanitar problemin olmadığını deyir.