İyun 16, 2023 14:09 Asia/Baku
  • Sergey Markov: Qarabağda vəziyyət kəskinləşmək üzrə davam edəcək

Rusiyalı politoloq Laçın dəhlizindəki dünənki olaydan sonra prosseslərin gedişatının hərbi toqquşmalara gətirb çıxaracağını bildirib.

Sergey Markov Azərbaycanın Laçın dəhlizinin insan və digər yüklərə yenidən açıtlmasına şərt qoymasına münasibət bildirərkən deyib: Yol işləməsə, bu, hərbi toqquşmalara və yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

Azərbaycan bəyan edib ki, Ermənistan ötən gün açdığı atəşə görə günahını etiraf edib, günahkarları cəzalandırana qədər Laçın yolundakı keçid məntəqəsi fəaliyyət göstərməyəcək. Humanitar təyinatlılardan başqa, insan və digər yüklər Ermənistandan Qarabağa keçirilməyəcək.

Rusiyalı politoloq Sergey Markov deyib:“Ermənilərin Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları istiqamətində necə atəş açmağa başladığının videosu var. Paradoksal olaraq bu videonu erməni tərəfi yayıb. Azərbaycan hazırda insidentlə bağlı öz ərazisində araşdırma aparır. Ermənistanda isə ötən gün AB-dən bütöv bir müşahidəçilər ordusu sərhədə doğru irəliləyib və onlar İrəvanın haqlı olduğunu israrla bəyan edirlər. Bu, Paşinyanı radikal mövqeyə sövq edir. Yol işləməsə, bu, hərbi toqquşmalara və yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”, - Politoliq Sergey Markov bildirib.

Teqlər