İyun 18, 2023 16:13 Asia/Baku
  • M.Pakayin: Ərdoğan Azərbaycanı təhrik edir

İranlı siyasətçi Türkiyə rəhbərini ittiham edib ki, Azərbaycan Respublikasını Ermənistanın Zəngəzur yolu üzərində suverenliyini qəbul etməməyə və bu dəhlizin beynəlmiləlləşdirilməsində israrlı qalmağa təhrik edir.

SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Pakayin nüfuzlu Xəbər-Onlayn portalına verdiyi müsahibədə deyib ki, əslində münaqişənin uzanmasına və Qafqazda sülhün bərqərar olmasına, tranzit keçidlərinin açılmasına əsas maneə Türkiyədir.

Keçmiş səfirin fikrincə, Ərdoğanın bu mövqeyi ictimai rəyi Türkiyənin Qarabağ münaqişəsinin uzanmasında və Qafqazda sülhün bərqərar olunmasındakı rolundan yayındırmaq məqsədi daşıyır. Ərdoğan hesab edir ki, Zəngəzur keçidi beynəlxalq dəhliz olmalıdır və Ermənistanın bu dəhlizdə suverenliyinə icazə verilməməlidir. Halbuki Zəngəzur adlanan keçid Sünik vilayətində və Ermənistanın ərazi bütövlüyündə yerləşir və beynəlxalq standartlara görə Ermənistanın bu keçid üzərində suverenlik hüququ var.

İranın mövqeyinə gəlincə M.Pakayin vurğulayıb ki, İranın Qarabağ münaqişəsi və Qafqazın kommunikasiya marşrutları ilə bağlı mövqeyi tamamilə prinsipialdır və beynəlxalq standartlara uyğundur. İran İslam Respublikası qonşu dövlətlərin, o cümlədən Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşıdır. Bu səbəbdən o, Ermənistanın ərazi bütövlüyünü pozacaq, coğrafi sərhədləri dəyişdirəcək Zəngəzur keçidinin beynəlmiləlləşdirilməsinin əleyhinədir.

Keçmiş səfir bildirib ki, Zəngəzur keçidi beynəlmiləlləşərsə, Ermənistan öz suverenliyindən məhrum ediləcək və çoxmillətli qüvvələr və ya Rusiya qüvvələri bu keçiddə peyda olacaqlar. Bu vəziyyət Ermənistanın ərazi bütövlüyünün pozulmasıdır və İrəvanın buna qarşı çıxması təbiidir. Ermənistanın bu mövqeyi təkcə İran deyil, həm də dünya ölkələri və BMT tərəfindən dəstəklənir, çünki ölkələrin ərazi bütövlüyü pozulmamalıdır. Bundan başqa, Zəngəzur Ermənistanın ərazi bütövlüyündən çıxarılarsa, beynəlxalq sərhədlər dəyişəcək və İranla Ermənistan arasında sərhəd də bağlanacaq və bu, İranın qarşı çıxmasının başqa bir səbəbidir.

Sonda qeyd olunub ki, istənilən halda tranzit marşrutları Qafqazın birinci məsələsidir və təbii ki, Türkiyə Bakını təhrik etməkdən əl çəkərsə, Ermənistanla Azərbaycan arasındakı fikir ayrılıqları daha tez həll olunacaq.

 

Teqlər