İyun 20, 2023 15:28 Asia/Baku
  • Vahagn Xaçaturyan: Azərbaycana hücum etmək niyyətimiz yoxdur

Ermənistan prezidenti Vahagn Xaçaturyan bu ölkənin Almaniyadakı səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşdə Azərbaycan medialarının iddiasına cavab verib.

Prezident çıxışında vurğulayıb ki, Ermənistan regionda sülhün bərqərar olması və qonşuları ilə münasibətlərin tənzimlənməsi istiqamətində siyasi xətt qəbul edib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur, ancaq özünü müdafiə etməyə çalışır.

“Azərbaycan hər gün müxtəlif üsullarla təxribatlar törətsə də, erməni tərəfi vəziyyəti birtəhər sabitləşdirə bilib. Çünki bu dövlətin strategiyası qonşularla dinc yanaşı yaşamaqdır”, - deyə Xaçaturyan vurğulayıb.

Bu arada baş erməni diplomat Edmon Marukian Azərbaycanın Ermənistana qarşı yeni hücumlara hazırlaşdığını iddia edib.

Marukyan deyib ki, Azərbaycan hakimiyyətinin davranışları Ermənistanı şərləməsi yeni təxribat xarakterli hərəkətlərə hazırlaşmaq deməkdir. Təbii ki, bu hərəkətlər sülh danışıqlarına kömək etmir.

O, beynəlxalq ictimaiyyəti Bakının “ekspansionist ambisiyaları”nı cilovlamağa çağırıb.

 

Teqlər