Rusiyanın BMT-dəki səfiri Qərbə xəbərdarlıq etdi
Nebenziya: Rusiyanı əsarət altına almaq planları baş tutmayacaq
İyun 24, 2023 09:59 Asia/Baku
Qərb yenə də Rusiyanı əsarət altına almaq, onun təbii sərvətlərini əlindən almaq istəyir, lakin bu planlar həyata keçmək qismət deyil.
Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında deyib.
Diplomat bildirib ki, ABŞ və onun NATO müttəfiqləri Rusiyaya qarşı nifrət, ona strateji məğlubiyyət vermək, təbii sərvətlərini əlindən almaq istəyir. Amma bu planlar baş tutmayacaq.
Nebenzya həmçinin bildirib ki, Qərb “Ukraynalılar tükənənə qədər” Kiyevlə sülh haqqında danışmağa imkan verməyəcək.