İyun 22, 2023 11:06 Asia/Baku
  • Amerikalı konqresmenlər Azərbaycanın əsəbini tarıma çəkirlər

Baydendən Azərbaycanın cəzalandırılması tələb olundu

54 ABŞ konqresmeni Co Baydendən Azərbaycana hərbi yardımı dayandırmağı və Dağlıq Qarabağ ermənilərinə dəstək verməyi tələb edib.

Konqresmen Barbara Linin başçılıq etdiyi 54 ABŞ konqresmeni dövlət katibi Entoni Blinkenə məktub göndərərək bu tələbi irəli sürüb.

Konqresmenlər iddia ediblər ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı blokadada saxlayır və anti-erməni təcavüzünü davam etdirir.