İyun 22, 2023 11:08 Asia/Baku
  • Mher Qriqoryan: Bakı İrəvanın təklifinə müsbət cavab verib

Ermənistan baş nazirin müavini dəmir yolunun çəkilməsi ilə bağlı konsensusun olduğunu bildirib.

Mher Qriqoryan iyunun 21-də jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib ki, Yerasx-Horadiz dəmir yolunun yenidən işə salınması ilə bağlı mühüm konsensus var.

“Məncə, bu, vacibdir. Düşünürəm ki, dəmir yolu onun keçəcəyi ölkələrin suverenliyi altında olmalıdır. Bu, çox mühüm və əsaslı razılaşmadır. Digər məsələlərlə bağlı təfərrüatları açıqlamayacağam, çünki hələlik yekun konsensus yoxdur”, - deyə erməni rəsmi vurğulayıb.

İyunun 19-da Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutuyla keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq.