Azərbaycan hakimiyyəti ərazi iddiasından geri çəkilir?
Simonyan: Əliyev Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə qəbul edib
Ermənistan parlamentinin sədri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə etiraf etdiyini bəyan edib.
Alen Simonyan bu haqda deyib: “İlham Əliyevin ifadəsi bir qədər fərqlidir. O, Ermənistan Respublikasına qarşı heç bir ərazi iddiasının olmadığını deyir. Deməliyəm ki, qapalı görüş zamanı o, Ermənistan Respublikasının ərazi bütövlüyünü ədədi ifadə ilə qəbul edib, bu, mühüm nüansdır”.
Ermənistan hökuməti dəfələrlə bildirib ki, Azərbaycan rəhbərliyindən 29 800 kvadrat kilometr ərazisi ilə Ermənistanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə təsdiqləyəcəyini gözləyir.
Simonyanın açıqlamasından belə çıxır ki, Azərbaycan tərəfi nəinki sərhəd zonalarında tutduğu əraziləri boşaltmağa hazırlaşır, hətta Ermənistanın Sünik vilayətinə olan ərazi iddiasından vaz keçir.