İyun 27, 2023 17:35 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtondadırlar

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan yenə Vaşinqtonda görüşürlər. Bu gün başlayan görüşün 3 gün davam edəcəyi bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan və Ermənistan XİN başçıları arasında növbəti üç günlük görüş barədə məlumat verərək bildirib ki,ABŞ dövlət katibi Antoni Blinken də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi keçirilən mətbuat brifinqində Vaşinqtonun bu həftə keçiriləcək danışıqlar üçün hər hansı yeni tövsiyyələri  olub-olmadığını soruşduqda, TURANın müxbirinə deyib: "Əlbəttə, müzakirə etmək istədiyimiz bir sıra məsələlər var. Mən onları açıq şəkildə demək  fikrində deyiləm. Onlar çox vacibdir. Burada həssas diplomatik müzakirələr aparılacaq”.

Cari il Mayın 1-də də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. Həmin görüş 4 gün davam etsə də heç bir konkret nəticəsi olmadı.

İki ölkə XİN başçılaırnın May ayında Moskvadakı son görüşü də uğursuz nəticələndi.

Cari il Mayın 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşada keçirilən bir konfransda iki dövlət arasında vasitəsiz danışıqların vacibliyini qeyd edtmişdi.

Ancaq hələ Azərbaycan və Ermənistan birbaşa müzakirələrə daxil ola bilməyiblər. Görünən odur ki, 30 illik işğal dövründə Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın vasitəçiliyinin səmərəsiz olduğu kimi, ikinci Qarabağ müharibəsindən sonra həmin dövlətlərin vasitəçilik səyləri mövcud vəziyyətin davam etməsinə zəmin yaradır. Mövcud vəziyyət isə ikinci Qarabağ müharibəsinin Azərbaycan üçün nailiyyətlərini təhlükə altına alır, regionda növbəti qarşıdurmalara şərait yaradır.

 

Teqlər