Emanuel Makron:
“Mən İlham Əliyevə Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm”
Ötən gün Emmanuel Makron Fransanın Marsel şəhərində erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə ona Qarabağla bağlı sual ünvanlayıblar. Fransa Prezidenti suala cavabında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox təzyiq edib: “Mən bu məsələdə dəqiq mövqeyi olan yeganə şəxsəm”.
«Mən İlham Əliyevə Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm vəgöstərəcəyəm. Qarabağ məsələsində mövqeyim dəyişməzdir, bu məsələdəqətiyyətimə şübhə etməyin. Beynəlxalq ailədə bu məsələni gündəmdə saxlamaqüçün səylərimi davam etdirəcəyəm»,-Fransa prezidenti deyib.Emmanuel Makron bu məsələdə bütövlükdə Ermənistana və “Qarabağ”amünasibətdə qətiyyətli olduğuna şübhə etməmələrini istəyib. O, Fransanınİrəvandakı səfirliyində hərbi attaşenin də fəaliyyət göstərdiyini vurğulayaraqErmənistanı müdafiə etmək üçün əllərindən gələni etdiklərini söyləyib.Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel MakronunMarseldəki erməni icması ilə görüşü zamanı verdiyi anti-Azərbaycan bəyanatlarınıpisləyən bəyanatla çıxış edib. Bəyanata əsasən, Makronun şərhləri qəbuledilməzhesab olunur və onun Azərbaycana qarşı qərəzli münasibətini nümayiş etdirir.Azərbaycan XİN Fransanı sülhün bərqərar olmasına mane olmaq və separatizmi vəterrorizmi dəstəkləməkdə ittiham edib.Nazirlikdən həmçinin vurğulayıblar ki, Makron əvvəllər 44 günlük Qarabağmüharibəsi zamanı 2020-ci ildə və münaqişədən sonrakı dövrdə antiazərbaycanbəyanatları ilə çıxış edib. Onlar Makronu Fransadakı erməni lobbisinin əlində alətkimi xarakterizə edib və onun Prezident əliyevə təzyiq göstərilməsi ilə bağlıbəyanatlarının doğruluğunu şübhə altına alaraq, bu cür cəhdlərin heç vaxt nəticəvermədiyini bildiriblər.Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev 44 günlükmüharibədən sonrakı çıxışlarından birində müharibə dövründə bəzi qərb dövlətləritərəfindən ona ciddi təzyiqlərin göstərildiyini bildirmişdi.Fransa prezidentinin erməni icmasının nümayəndələri ilə görüşündə səsləndirdiyifikirlərlə bağlı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlərNazirliyinə çağırılıb. Səfirdən son günlər Daşnaksütun partiyasının və erməni
lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşüvə bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxanaçıqlamalarla bağlı izahat verilməsi istənilib.Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən buaçıqlamalara aydınlıq gətirməlidir.Məlumata görə, Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adındanverilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Qeyd olunur ki,təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiqaddımların atılacağı istisna deyil.