İyul 02, 2023 15:38 Asia/Baku
  • Qarabağdakı separatçılar qənaət rejimini gücləndirirlər

Separatçı rejimin rəhbərliyi regionda qənaət rejimini gücləndirmək qərarına gəlib.

Ermənistan KİV-i xəbər verir ki, gələn həftədən iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər tətbiq edilir. İctimai nəqliyyatın “yükünü azaltmaq” üçün “dövlət sistemi”nin işçiləri məsafədən işləyərək evdə qalacaqlar.

Həmçinin yaxın bir həftə ərzində Xankəndi və rayon mərkəzlərində 18 yaşınadək uşağı olan ailələr üçün şəkər və yağ satış məntəqələri yaradılacaq.

Bu arafda Qarabağın ermənilər yaşayan hissəsindən istifadəçilər çörək qıtlığından xəbər verirlər. Sosial şəbəkələrdə çörək növbələrinin fotoları yayılır. Yanacaq çatışmazlığından fermerlərin əkin sahələrinə piyada yollandığı da bildirilir.

Qeyd edək ki, Qarabağdakı separatçı lider bütün çətinliklərə rəğmən Bakı ilə dialoq imkanının olmadığını bildirib.

 

Teqlər