İyul 03, 2023 14:27 Asia/Baku
  • Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-a gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyd olunur ki, səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.

Qeyd olunur ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Digər təfərrüatlar barədə məlumat verilməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri elə bir şəraitdə baş tutur ki, Ermənistan və Azərbaycan Respublikası XİN başçıları 6 gün öncə Vaşinqtonda 3 günlük müzakirə aparmışdılar.

ABŞ-ın bu iki ölkə XİN-lərini tez tez Vaşinqtonda görüşdürmək cəhdləri ilə bağlı bəzi şübhələr yaranıb. Amerikanın Minsk qrupunun həmsədri olduğu eləcə də ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə həmişə Ermənistanı və Qarabağdakı separatçıları dəstəkləməsini nəzərə alaraq, vaşinqtonun vasitəçiliyi ilə gedən müzakirələrin Azərbaycanın milli mənafeyinə uyğun olmsı şübhə doğurur. Hələdə Qarabağ separatçılarına maliyyə yardımlarını davam etdirən ABŞ-ın bir tərəfdən Qarabağ erməniləri ilə bağlı Azərbaycan Respublikasına təzyiq göstərməsi digər tərəfdən isə Ermənistanın Təhlükəsizlik Şurasının katibini Vaşinqtonda qəbul etməsi, Ağ evin Azərbaycanla Ermənistan arasındakı ixtilafların həllində Bakı üçün xeyirxah niyyətdə olmadığına işarədir. 

 

Xatırladaq ki, ABŞ Azərbaycan Resp iyunun 27-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar.

Vaşinqtonda onlar ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

 

Teqlər