İyul 05, 2023 15:07 Asia/Baku
  • “Sülh gündəliyinin alternativi yoxdur”

Paşinyan bildirib ki, xarici təhlükəsizlik Ermənistan üçün ən ciddi çağırışdır.

Ermənistan baş naziri deyib:

“Əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur. Çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı elementidir.”

Nikol Paşinyan Konstitusiya Günü münasibətilə yaydığı təbrik mesajında əlavə olaraq bildirib ki, xarici təhlükəsizlik Ermənistan üçün ən ciddi çağırışdır: "Bu kontekstdə 29,8 min kvadratkilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması mühüm əhəmiyyət kəsb edir", başinyanın mesajında deyilir.