İyul 06, 2023 14:41 Asia/Baku
  • Arutyunyan Paşinyanı minnətçi salıb

Paşinyan Putinə separatçı liderin xahiş ilə zəng edibmiş

SəhərAzəri-nin məlumatına əsasən, Qondarma “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan müşavirə keçirib, humanitar problemlərin dərinləşdiyini bildirib.

İclasda Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında separatçı liderin xahişi ilə baş tutan telefon danışığının nəticələri, eləcə də gündəlikdəki digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Dağlıq Qarabağı Ermənistan və dünyanın qalan hissəsi ilə birləşdirən yeganə yol olan Laçın Dəhlizi 2022-ci ilin sonlarından Azərbaycan tərəfindən bağlanıb.

Ermənilər iddia edirlər ki, Azərbaycanın blokadası 2020-ci il Dağlıq Qarabağ atəşkəs sazişinin kobud şəkildə pozulmasıdır. Belə ki, dəhliz Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi. Bundan başqa, 22 fevral 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının ali məhkəməsi – Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın dəhlizi boyunca insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün “öz ixtiyarında olan bütün tədbirləri görməyə” çağırıb. Lakin Azərbaycan tərəfi bu çağırışa məhəl qoymur. Üstəlik, Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırıb.

Ermənistan rəsmiləri Bakının Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə apardığını iddia edirlər.

 

 

Teqlər