İyul 18, 2023 14:40 Asia/Baku
  • Laçın dəhlizi ermənilərin üzünə açılmalıdır!

Rusiya hökuməti Laçın dəhlizinin açılmasını yenidən Azərbaycan Respublikasından tələb edib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə deyib: “Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın dəhlizinin blokunun tam və dərhal açılmasına və iki istiqamətdə nəqliyyat əlaqəsinin bərpasının, habelə Dağlıq Qarabağın normal yaşayışı üçün şərait yaradılmasının zəruriliyinə bir daha təkid edir”.

Tərəflər həmçinin Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatına Azərbaycanın sərt reaksiyasını müzakirə ediblər. Azərbaycan tərəfi deyir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Və bu, Moskva-Bakı tərəfdaşlıq sazişinə ziddir. Lakin Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığı və ikitərəfli sazişin ruhuna tam sadiq olduğu vurğulayır.

Moskva həmçinin yüksək səviyyəli razılaşmaların həyata keçirilməsini, sülh müqaviləsi layihəsini müzakirə etmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı bəyanatda Azərbaycan rəhbərliyindən istənilir ki, Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətin bərpası üçün dərhal addımlar atsın. Çünki “Dağlıq Qarabağ ətrafında vəziyyət mənfi ssenari” üzrə inkişaf edir və “Ərazidə humanitar böhran getdikcə dərinləşir”.

 

Teqlər