İyul 18, 2023 14:52 Asia/Baku
  • “Dağlıq Qarabağda ermənilərin gələcəyi yoxdur”

Rusiyalı ekspert Qarabağ ermənilərinin gələcəyi ilə bağlı fikrini bildirib.

Yevgeni Satanovski “Ermənihaber” portalına müsahibəsində Türkiyə prezidenti Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Dağlıq Qarabağı tərk edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən, deyib ki, bu halda ermənilərin həmin ərazidə gələcəyi böyük şübhə doğurur.

O qeyd edib ki, 2020-ci il müharibəsindən sonra regionda böyük dəyişikliklər baş verib.

Stanovskinin sözlərinə görə, müharibədən sonra Türkiyə Azərbaycanla Şuşa Bəyannaməsini imzaladı və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bundan sonra İlham Əliyev açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, ya da Azərbaycanı tərk edirlər, Ermənistanın baş naziri Nikol Paşinyan isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu səbəbdən Qarabağda yaşayan ermənilərin gələcəyi yoxdur.

Teqlər