Ermənistan Türkiyə ilə keçid məntəqəsini hazırlayır
https://azeri.sahartv.ir/news/qafqaz-i401888-ermənistan_türkiyə_ilə_keçid_məntəqəsini_hazırlayır
Ermənistan tərəfi bu il mayın 27-də başlatdığı Türkiyə ilə sərhəd keçid məntəqəsində tikinti işlərinin plan əsasında davam etdiyini bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 21, 2023 12:46 Asia/Baku
  • Ermənistan Türkiyə ilə keçid məntəqəsini hazırlayır

Ermənistan tərəfi bu il mayın 27-də başlatdığı Türkiyə ilə sərhəd keçid məntəqəsində tikinti işlərinin plan əsasında davam etdiyini bildirib.

Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan brifinqdə deyib.

O, konkret tarixlər deməsə də, tikintinin kifayət qədər aktiv getdiyini qeyd edib.

R.Badasyan Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsinin tikintisinə hazırlaşır.