İyul 22, 2023 14:52 Asia/Baku
  • Dövlət Departamenti Laçın dəhlizinin dərhal açılmasını tələb etdi

ABŞ Dövlət Departamenti Laçın dəhlizinin dərhal açılmasını tələb edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu barədə deyib ki, Birləşmiş Ştatlar Azərbaycanın Laçın Dəhlizini kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlamaqda davam etməsindən dərin narahatdır.

Onun sözlərinə görə, humanitar məqsədlər üçün hərəkətin dayandırılması humanitar vəziyyəti pisləşdirir və sülh prosesində etimadın yaradılması səylərini sarsıdır. Bu səbəbdən Laçın dəhlizi ilə hərəkət dərhal bərpa edilməlidir.

Amerikalı rəsmi sonra deyib: “Biz regionda sülhün Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini əhatə etməsi fikrini ardıcıl olaraq dəstəkləyirik”.

Bu arada ATƏT Daimi Şurasının Ermənistan tərəfindən çağırılan xüsusi sessiyasında ABŞ-ın strukturdakı missiyasının müvəqqəti işlər vəkili Ketrin Brooker də bildirib ki, Dağlıq Qarabağ regionunun bütün sakinlərinin hüquq və təhlükəsizliyi təmin edilməlidir.

Diplomat Qarabağ erməniləri üçün humanitar vəziyyətin daha da pisləşməsinə görə etiraz edib.