İyul 22, 2023 15:02 Asia/Baku
  • Mirzoyan: Bu problem beynəlxalq mexanizm əsasında həll edilməlidir

Ermənistanın xarici işlər naziri bildirib ki, Azərbaycan Respublikası səhvən Qarabağı öz daxili problemi hesab etsə də, onun yaratdığı humanitar fəlakət beynəlxalq mexanizm olmadan həll edilə bilməz.

Ararat Mirzoyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasının xüsusi iclasındakı çıxışında həmçinin deyib: “Əvvəlki razılaşmalara uyğun olaraq insanların və nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə maneəsiz hərəkətini təmin etmək, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin açılması ilə bağlı 23 fevral və 6 iyul tarixli qərarlarının Azərbaycan tərəfindən icrasını təmin etmək, Qarabağ münaqişəsi ilə bağlı bütün həll olunmamış məsələlərin Birləşmiş Millətlər Təşkilatı və sair beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müzakirə etmək rəsmi Bakının üzərinə düşən öhdəliklər sırasındadır.

Ermənistanın xarici işlər naziri sonra vurğulayıb ki, Azərbaycan Respublikası ilə danışıqlar davam etsə də, Qarabağdakı vəziyyət hazırkı siyasi proseslərə ciddi ziyan vura bilər.

Onun sözlərinə görə, Qarabağın blokadası dərhal aradan qaldırılmalı və bununla bağlı bütün məsələlər öz həllini tapmalıdır.

Mirzoyan Azərbaycan və Ermənistan arasında 3 onillikdir davam edən münaqişənin “kökü”nə işarə edərək deyib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsi Dağlıq Qarabağda etnik təmizləmə aparmaq imkanı kimi şərh edilməməlidir”.