Samvel Babayan separatçıları müharibədən sonrakı reallıqları qəbul etməyə çağırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i401957-samvel_babayan_separatçıları_müharibədən_sonrakı_reallıqları_qəbul_etməyə_çağırıb
Erməni silahlı birləşmələrin keçmiş komandiri və separatçı rejimin "təhlükəsizlik şurası"nın sabiq katibi Samvel Babayan "qarşılıqlı etimad yaratmaq məqsədilə Bakı ilə dialoqa girmək" təklifini təsdiqləyib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 23, 2023 08:48 Asia/Baku
  • Samvel Babayan separatçıları müharibədən sonrakı reallıqları qəbul etməyə çağırıb

Erməni silahlı birləşmələrin keçmiş komandiri və separatçı rejimin "təhlükəsizlik şurası"nın sabiq katibi Samvel Babayan "qarşılıqlı etimad yaratmaq məqsədilə Bakı ilə dialoqa girmək" təklifini təsdiqləyib.

Babayan bildirib ki, onun Azərbaycanla razılaşdırıla biləcək konkret addımlar paketi var.

Onun sözlərinə görə, Azərbaycanın "Özünü Müdafiə Ordusu" nun buraxılması tələbi müzakirə oluna bilər. Lakin bunun üçün Bakı Qarabağın ermənilər yaşayan hissəsinin ətrafında "yaşıl zona" yaratmalıdır.

Araik Arutyunyanın oturaq aksiya keçirməsini tənqid edən sabiq komandir Ağdam vasitəsilə tədarüklərə gəlincə qeyd edib ki, Qarabağ erməniləri havadan yerə enməlidirlər.

O, separatçı liderə müharibədən sonra yaranmış vəziyyətlə məşğul olmağı məsləhət görüb.