Paşinyan yeni müharibənin mümkünlüyünü açıqladı
https://azeri.sahartv.ir/news/qafqaz-i401958-paşinyan_yeni_müharibənin_mümkünlüyünü_açıqladı
Ermənistanın baş naziri yeni müharibənin mümkünlüyünü açıqlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 23, 2023 08:50 Asia/Baku
  • Paşinyan yeni müharibənin mümkünlüyünü açıqladı

Ermənistanın baş naziri yeni müharibənin mümkünlüyünü açıqlayıb.

Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

Onun sözlərinə görə, həll olunmayan münaqişəli vəziyyət istənilən vaxt müharibəyə yol aça bilər və bu, nəzərə alınmalıdır.

 Paşinyan əlavə edib ki, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq.