Paşinyan Erdoğana cavab verdi
“Ermənistan ərazisində hər hansısa dəhliz fəaliyyət göstərə bilməz”
İyul 26, 2023 11:52 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Türkiyə prezidenti Erdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olduğunu deməsinə münasibət bildirib.
Paşinyan deyib: “Həmin açıqlamadan sonra biz öz mövqeyimizi təkcə tərəfdaş ölkələrlə deyil, Türkiyə ilə də bölüşdük. Ermənistan Respublikasının ərazisində heç bir ölkəyə dəhliz verilməyəcək”. Onun sözlərinə görə, Ermənistan Respublikası son Brüssel görüşündən sonra verilən bəyanatda deyildiyi kimi, ərazi bütövlüyü, suverenlik və yurisdiksiya çərçivəsində fəaliyyət göstərməli olan yolların yenidən açılmasına hazırdır.