İyul 26, 2023 11:54 Asia/Baku
  • Laçın dəhlizinin bloku tez bir zamanda açılmalıdır!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşündə Laçın dəhlizinin blokunu tez bir zamanda açılmasına çağırıb.

Lavrov deyib: “Rusiya tərəfi Laçın dəhlizinin blokunun tezliklə açılmasını və Dağlıq Qarabağ əhalisinin normal həyatının bərpasını zəruri hesab edir. Xarici işlər nazirləri üçtərəfli sazişlərin bütün istiqamətləri üzrə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmasların başlanması, parlamentarilər arasında dialoq kimi işlərin intensivləşdirilməsinin vacibliyini bir daha təsdiqlədilər. Bakı və İrəvan arasında həll edilməmiş fikir ayrılıqlarının aradan qaldırılmasına xüsusi diqqət yetirilməklə, sülh müqaviləsinin yekunlaşdırılması məsələsinə xüsusi diqqət yetirilib”.

Erməni rəsmilər iddia edirlər ki, Dağlıq Qarabağı Ermənistan və dünyanın qalan hissəsi ilə birləşdirən yeganə yol olan Laçın Dəhlizi 2022-ci ilin sonlarından Azərbaycan tərəfindən bağlanıb, bu isə 2020-ci il Dağlıq Qarabağ atəşkəs sazişinin kobud şəkildə pozulmasıdır. Rəsmi İrəvan həmçinin bildirir ki, bu dəhliz Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Bundan başqa, 22 fevral 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının ali məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın hər iki tərəfdə Laçın dəhlizi boyunca insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün “öz ixtiyarında olan bütün tədbirləri görməyi” tapşırıb. Lakin Azərbaycan o vaxtdan bəri sərəncama məhəl qoymur. Üstəlik, Azərbaycan qanunsuz olaraq Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Bu da Dağlıq Qarabağda qida və dərman kimi zəruri məhsulların çatışmazlığına səbəb olub.