İyul 26, 2023 15:49 Asia/Baku
  • Zaxarova AB-nin İrəvandakı missiyasını kəskin qınadı

AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurmaya yönəlib.Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir. AB missiyası yalnız vəziyyəti gərginləşdirdi və onlar Ermənistan-Azərbaycan sərhədində toqquşmanın qarşısını almaq üçün heç bir təsir göstərmədi”, - Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bunu Rusiyanın qiymətləndirmələri da təsdiqləyir:

“Gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır. Moskva uzun fasilədən sonra iyulun 12-də keçirilən növbəti, dördüncü görüşü alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiq edir. Kanadalıların Ermənistanda peyda olması AB-nin tamamilə itirmiş xarici siyasət müstəqilliyinin ABŞ və NATO-nun maraqlarına xidmət etdiyini açıq şəkildə təsdiqləyir”, Rusiya XİN sözçüsü deyib.