İyul 27, 2023 12:11 Asia/Baku
  • Ermənistan KTMT-nin təlimlərindən imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina edib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, KTMT-nin sentyabrın 1-6-da Belarusun Minsk vilayətində keçiriləcək və təşkilat ölkələrinin xilasedicilərinin nüvə stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasını işləyəcəkləri təlimlərdə iştirak edə bilməyəcək.

Səbəb kimi “xilasetmə xidmətinin ağır iş cədvəli” göstərilir.

Rəsmi İrəvan dəfələrlə Azərbaycanın hücumları qarşısında KTMT tərəfindən müdafiə olunmadığına xatir bu hərbi alyansdan şikayətlənib.