Vardan Oskanyan: Paşinyanın hərəkətləri Artsaxın ləğvinə gətirib çıxaracaq
https://azeri.sahartv.ir/news/qafqaz-i402153-vardan_oskanyan_paşinyanın_hərəkətləri_artsaxın_ləğvinə_gətirib_çıxaracaq
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan indiki hakimiyyətin etdiklərini qeyri-real sayaraq xəbərdarlıq edib ki, Paşinyanın hərəkətləri qondarma Dağlıq Qarabağ Respublikasının ləğvinə gətirib çıxaracaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2023 08:45 Asia/Baku
  • Vardan Oskanyan: Paşinyanın hərəkətləri Artsaxın ləğvinə gətirib çıxaracaq

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan indiki hakimiyyətin etdiklərini qeyri-real sayaraq xəbərdarlıq edib ki, Paşinyanın hərəkətləri qondarma Dağlıq Qarabağ Respublikasının ləğvinə gətirib çıxaracaqdır.

V.Oskanyan həmçinin deyib: “Sülh sazişi çərçivəsində Ermənistandan anklavlar ayrılacaq ki, bu ölkənin təhlükəsizliyinə ciddi zərbə vuracaq, zira belə olan halda Ermənistan ərazilərində 85 min azərbaycanlının məskunlaşması gözlənilir.

Keçmiş nazirin fikrincə, uzun illər ədavətdən sonra problemin tələsik həlli yeni müharibənin qapısını açacaq.

Eyni zamanda diplomat əmin olduğunu bildirib ki, 44 günlük müharibəyə səbəb məhz Ermənistan Respublikasının hazırkı hakimiyyətinin qeyri-real bəyanatları olub. Oskanyan Ermənistan hakimiyyətini ən azı bir müddət hər cür reallığa uyğun olmayan bəyanatlar verməkdən əl çəkməyə çağırıb.