“Sülh təkcə mümkün deyil, həm də zəruridir”
https://azeri.sahartv.ir/news/qafqaz-i402255-sülh_təkcə_mümkün_deyil_həm_də_zəruridir
Ermənistanın baş naziri “Euronews” telekanalına müsahibəsində bir daha Azərbaycanla sülhə hazır olduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 02, 2023 10:37 Asia/Baku
  •  “Sülh təkcə mümkün deyil, həm də zəruridir”

Ermənistanın baş naziri “Euronews” telekanalına müsahibəsində bir daha Azərbaycanla sülhə hazır olduğunu bildirib.

Nikol Paşinyan bu müsahibədə deyib: “Sülh təkcə mümkün deyil, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə gəldiyi razılığa əsasən Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86 600 kvadrat kilometrdir.