ABŞ-dan rəsmi Bakıya çağırış:
Qarabağdakı humanitar problemə son qoyulsun!
ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim Ermənistanın Laçın yolu ilə Qarabağa göndərmək istədiyi yüklərin Azərbaycan tgərəfindən buraxılmasına imkan verilməməsini müzakirə etmək üçün çərşənbə günü Ermənistan və Azərbaycanın XİN başçıları ilə telefonla danışıb.
Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim çərşənbə günü Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla danışıb. Bu barədə dünən gecə Dövlət Departamentinin Tvitterdəki məlumatında deyilir.
Kim humanitar problemlərin olduğunu qeyd edərək “kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin Laçın dəhlizilə sərbəst keçidini təmin etməyə çağırıb”,- məlumatda deyilir.
Kimin Bakı və Yerevana telefon zəngləri ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bononun ötən həftə bölgəyə səfərindən sonra baş tutub. Bononun Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün regiona səfər etdiyi deyilsə də, onun da Laçın yolunun Ermənistan yüklərinin üzərinə açılması tələbi ilə gəldiyi istisna edilmir.
Azərbaycan Respublikasının öz ərazilərinə Ermənistan tərəfindən hərhansı nəqliyyatın yoxlanılması üçün Laçın yoluna yoxlama-buraxılış məntəqəsi yerlşdirməsi, qərb ölkələrini son dərəcə narazı etmişdir.
Son vaxtlar Ermənistan humanitar yardımlar daşıdığı deyilən bir neçə yuk maşınını Laçın yoluna göndərməklə, orada həmin yüklərin keçidinə imkan verilməməsindən faydalanmağa çalışır. Belə ki, “Qarabağdakı ermənilərə humanitar yardımın yolu Azərbaycan tərəfindən kəsilib” görüntüsü yaratmaqla qərb dövlətləri və təşkilatlarının rəsmi Bakıya təzyiq göstərmələrinə nail olub.