Ermənistan yardım karvanı ilə bağlı geniş təbliğat aparır
Vəziyyət xarici diplomatlara şərh olunub
Avq 12, 2023 12:18 Asia/Baku
Ermənistan hökuməti Qarabağ erməniləri üçün nəzərdə tutulmuş yardım karvanı ilə bağlı geniş təbliğat aparır.
Qarabağda humanitar böhranın idarə olunması üzrə işçi qrupunun nümayəndəsi Vardan Sargsyan Fransa mətbuatına müsahibəsində bildirib ki, Ermənistanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri və o cümlədən, BMT-nin İrəvan ofisinin nümayəndələri Azərbaycanla sərhəd bölgəsinə baş çəkiblər və 8 aydır blokadada olan Laçın dəhlizinin bağlı olmasının, nəticədə DQ xalqına humanitar yardımın çatdırılmasının mümkün olmadığının şahidi olublar.
Sargsyan qeyd edib ki, Ermənistan hökumətinin yardım göstərmək təşəbbüsünün sırf humanitar xarakter daşıdığı heç kəsdə şübhə doğurmur.