Gürcüstan şiələrinin dini ibadət imkanı artır
Marneulidə İmam Zaman (ə.f.) adına yeni məscidin açılışı olub
Avq 12, 2023 12:40 Asia/Baku
Marneuli Bələdiyyəsinin Yuxarı Saral İmam Zaman (ə.f.) adına kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirilib.
Şərq memarlıq üslubu ilə yeni zahiri görkəm alan bu məscidə günbəz və minarələr əlavə olunub. Məscidin həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da əlavə olaraq inşa edilib.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Məscidin açılış mərasimində çıxış edərək son illərdə Gürcüstanda yeni inşa olunan məscidlər, aparılan bərpa və təmir işləri, məscidlərin xalça və səsgücləndiricilərlə təmin olunması haqqında ətraflı danışıb.
Şeyx qeyd edib ki, Gürcüstanda ümumilikdə 417 məscid və ibadət evi yer alıb.