Xankəndiyə tərəf ikinci yol reallaşır?
Ağdam-Xankəndi yolunun yaxınlarda açılacağı bildirilir
Avq 12, 2023 13:45 Asia/Baku
Rusiyanın “Kommersant” qəzeti Ağdam-Xankəndi yolunun yaxınlarda açılacağını iddia edib.
Qəzet bu iddiasını Rusiya dövlət qurumlarındakı mənbələrinə istinadən yazıb.
“Kommersant” yazır ki, Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolunun fəaliyyət göstərməsilə Qarabağın erməni əhalisinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb:
“Kommersant”ın yazdığına görə, separatçılar inad edirlər. Bununla belə Ağdamdan keçən yol sonda açılacaq.
Xatırladaq ki, Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır.