Avq 14, 2023 13:10 Asia/Baku
  • XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanı BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərməkdə ittiham edib.

Bəyanatda deyilir: “2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir”.

Qeyd olunub ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.