Erməni siyasətçi bir sıra beynəlxalq strukturlara məktublar göndərib:
“Azərbaycan üzərinə təzyiq edin”
Ermənistan parlamentində “Hayastan” fraksiyasının sədri Seyran Ohanyan fraksiya adından Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və MDB Parlamentlərarası Assambleyanın sədrlərinə məktub göndərib.
Məktubda Azərbaycan Dağlıq Qarabağda əhaliyə soyqırım rejimi yaşatmaqda ittiham olunub.
Seyran Ohanyanın məktubunda deyilir:
“Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə siyasəti sübut edir ki, Azərbaycan Dağlıq Qarabağ üzərində öz hakimiyyətini təsbit edərsə, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi heç bir şəkildə təmin edilə bilməz”.
O, həmçinin Azərbaycanın Laçın dəhlizinin blokadasını aradan qaldırması və münaqişənin ATƏT-in işləyib hazırladığı prinsiplər əsasında siyasi həlli üzrə danışıqlara qayıtması üçün bu ölkəyə qarşı təzyiq göstərməyə çağırıb.