BMT TŞ təcili iclasa çağırılıb
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi BMT TŞ-nin Qarabağda humanitar böhran ilə bağlı təcili iclasa çağırıldığını deyib. O iclasın tarixinin sabah saat 15:00 (Bakı vaxtı ilə 23:00) üçün müəyyənləşdirildiyini bildirib.
Qeyd edək ki, Ermənistanın Qarabağ ermənilərinə bir neçə yuk maşını ilə humanitar yardım olduğu deyilən yüklər, Laçın buraxılış məntəqəsindən buraxılmayıb və bu bir neçə həftədir ki, dünya ermənilərinin geniş kampaniyasına və qərb dövlətlərinin rəsmi Bakıya təzyiqlərinə şərayit yaradıb. Belə ki, qərb ölkələrində Azərbaycan əleyhinə güclü informasiya təzyiqi kampaniyası gedir. Müxtəlif ölkələrdə bir sıra erməni lobbiləri tələblər səsləndirir. Onlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, əlverişsiz təkliflər sırımaq, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiya yolunda hansısa nəzarət mexanizmi tətbiq etmək, Laçın sərhəd məntəqəsini zorla keçmək kimi provokasiyalar dilə gətirirlər. Onlar hər yerə bəyan edirlər ki, Qarabağ erməniləri blokadaya düşüb və az qala yeni “erməni soyqırımı” başlayıb. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının çağırılmasını istəyirlər. Avropa və ABŞ-da Ermənistan və Qarabağ separatçılarına dəstək verərək yaranmış durumdan rəsmi Bakıya təzyiq üçün faydalanırlar.